Bütün yazılar
Maliyyə · 11 may 2026 · 8 dəq oxu

Kiçik biznes üçün maliyyə planlaması: 5 sadə addım

İllik büdcə, cash-flow proqnozu, vergi yükünün hesablanması — bunlar yalnız böyük şirkətlərin işi deyil. Bu yazıda kiçik biznesin də edə biləcəyi praktiki maliyyə planlama metodlarını izah edirik.

Kiçik biznes sahibi tez-tez "maliyyə planlaması böyük şirkətlər üçündür" deyə düşünür. Halbuki məhz kiçik biznesdə bir səhv qərar şirkəti illərlə geri ata bilər. Addım 1 — Gündəlik kassa qeydiyyatı. Hətta ən sadə Excel cədvəli ilə hər günün gəlir-xərcini qeyd edin. 30 gün sonra real mənzərə görünəcək. Addım 2 — İllik büdcə qurun. Keçən ilin rəqəmlərini götürüb 12 aya bölün, qeyri-müntəzəm xərcləri (vergi, icarə, sığorta) ayrıca planlaşdırın. Addım 3 — Cash-flow proqnozu. Növbəti 3 ay üçün hər həftə nə qədər pulun olacağını proqnozlaşdırın. Mənfi ayları əvvəlcədən gör. Addım 4 — Vergi yükünüzü hesablayın. ƏDV, mənfəət vergisi, sosial sığorta — bunların ümumi dövriyyədə hansı faizi tutduğunu bilin. Addım 5 — Aylıq icmal. Hər ayın sonunda planla faktı müqayisə edin, fərqi izah edin, növbəti ay üçün düzəliş edin.